Paşinyan İrəvandakı separatçılara QARŞI: “Azərbaycanın bu məsələdə həssaslığını bildiyi üçün…”

“O, separatçıları dəstəkləyəcəyi təqdirdə, Bakının Qərbi Azərbaycanla bağlı fəaliyyətinin intensivləşəcəyini anlayır”.

Bu fikirləri Qarabağdakı keçmiş separatçı rejimin “lider”i Samvel Şahramanyanın Fransa mediasına müsahibəsində “İrəvanda mühacir hökumət”in mövcudluğuna dair iddiasına Ermənistanın baş naziri Nikol Paşinyanın sərt reaksiyasını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan bu mövqeyi ilə separatçı tör-töküntülərin İrəvanda fəaliyyət göstərmələrini istəmədiyini nümayiş etdirir:

“Burada iki istiqamətdə fikir formalaşdırmaq mümkündür: ya Paşinyan altdan-altdan iş görmək istəyir, ya da Azərbaycanın bu məsələdə həssaslığını bildiyi üçün belə bir fəaliyyətin tamamilə əleyhinədir.

Çünki separatçıları dəstəkləyəcəyi təqdirdə, Bakının Qərbi Azərbaycanla bağlı fəaliyyətinin intensivləşəcəyini anlayır. Əlavə olaraq, baş nazir təkzib mesajı ilə ölkəsinin qonşulara qarşı ərazi iddiasında olmadığını da göstərməyə çalışır”.

Nəsimi Ələsgərli

COP29