Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub və özünütəcrid sisteminə keçid edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat dərc edib.
Bildirilir ki, bu səbəbdən Paşinyan bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək. Baş nazir həmçinin bildirib ki, günün sonuna kimi Aİİ-nin Ali İqtisadi Şurasının dekabrın 26-da keçiriləcək iclasında iştirak edib-etməmək barədə qərar verəcək.
MDB ölkələri liderlərinin Sankt-Peterburqda görüşü ənənəvi olaraq keçirilir. Paşinyan sonuncu dəfə 2023-cü ildə orada iştirak edib.