“Paşinyan Moskvanın qarşısında diz çökməyə hazırdır”.
Yenicag.az xəbər verir ki, bunu Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir. Hesabatda bildirilir ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və Moskva-İrəvan-Bakı üçtərəfli danışıqlar formatına qayıtmasında əsas vasitəçi olmağa çalışır.
“Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb strukturları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur və Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar Qərbin səylərindən daha perspektivlidir”, – hesabatda qeyd olunub.
Bundan əvvəl, yanvarın 17-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşüb. O, səfirlə İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması və üçtərəfli danışıqlar formatının canlandırılmasını müzakirə edib.
“Qaluzinin səfir Arutyunyanla görüşü Ermənistanın baş naziri Nikol Paşinyanın təslim olmaq və Moskva qarşısında əyilmək istəyinin sübutudur”, – rusiyalı hərbi bloqçular hesab edirlər.
Hərbi ekspertlər Ermənistanın danışıqlara yeni marağının dolayısı ilə olduğu barədə xəbərdarlıq ediblər.
“Rusiya Ermənistan üçün diplomatik tələyə çevrilə bilər”, – ISW vurğulayıb.
Xuraman Etibarlı