!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan mütləq yoxsa Pirr qələbəsi çaldı? - Seçkisonrası Ermənistan üzünü Qərbə yoxsa Rusiyaya tutacaq?

!Reklam – Yazi

Ermənistanda parlament seçkiləri ilə bağlı səslərin sayılması prosesi başa çatıb və Mərkəzi Seçki Komissiyası bütün bülletenləri hesablayıb.

İlkin nəticələrə görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku 70,43% səslə (884456) seçkilərin mütləq qalibi olub.

İkinci sırada milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası gəlir-8,27% (103824).

Paşinyanla siyasi baxışları üst-üstə düşən, qərbpərəst “İşıqlı Ermənistan” partiyası isə 6,37% səslə (800024) üçüncü yeri tutub.

Qalan partiya və blokların heç biri parlamentdə təmsil olunmaq üçün müvafiq baryeri aşa bilməyiblər. Hətta Ermənistanın ən köklü siyasi təşkilatı sayılan “Daşnaksütyun” da parlamentdə təmsil olunmaq hüququnu itirib. Ermənistanda 20 il iqtidarda olmuş Ermənistan Respublika Partiyası isə keçid baryerini aşmağa az qalsa da, müvafiq səsi toplaya bilməyib – 4,7% (59059)

Beləliklə, Nikol Paşinyanın rəhbərlik etdiyi blok parlamentdə yerlərin üçdə ikisinə sahib olacaq. Parlamentə keçən digər siyasi partiyaların isə özlərini konstruktiv müxalifət elan etmələri gözlənilir.

Digər partiyaların səsləri aşağıdakı şəkildə bölünüb:
“Daşnaksütyun” – 3,89% (48811),
“Biz” bloku – 2% (25174),
“Sasna tsrer” partiyası – 1,82% (22862),
“Orinats erkir” – 0,99% (12389),
“Vətəndaşın qərarı”– 0,68% (8530),
Xristian-Xalq Dirçəlişi” – 0,51% (6456),
“Milli Tərəqqi” – 0,33% (4122).

Bəs bu seçkilərin regiona təsiri necə olacaq? Paşinyan mütləq qələbə ilə nə əldə etdi?

Politoloq Elxan Şahinoğlu düşmən ölkədə yaşanan prosesi öz sosial media hesabından belə şərh edib: “Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. 2 ermənidən biri seçkiyə getməyib. Bəs niyə belə aşağı fəallıq olub? Bu, Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir. Keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen-bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi. İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub.

Nikol Paşinyan siyasi həyata canlanma gətirdi, ancaq bu, seçici marağını artırmadı. Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir. Görək öhdəsindən necə gələcək?
1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;
2. İqtisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;
3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.

www.yenicag.az

7093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv