!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan öz kumiri saydığı Ter-Petrosyanın qisasını alır” – Politoloq  

!Reklam – Yazi

“Levon Ter-Petrosyan Ermənistanda 1998-2018-ci illərdə baş verən dövləti cinayətlər haqqında daha çox məlumatlıdır”.

Qabil Hüseynli

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın öz fəaliyyətində eks-prezident Levon Ter-Petrosyanın tövsiyələrini əsas götürməsinə dair fikirləri şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin fikrincə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsində, Serj Sarkisyanın isə həbsinə zəmin hazırlanmasında Ter-Petrosyanın ciddi rolu olub:
“Öncə bir məqamı qeyd edim ki, Paşinyan ictimai-siyasi fəaliyyətinin ilkin dönəmində Levon Ter-Petrosyanı özünün kumiri sayırdı. Hətta Paşinyanın sabiq prezidentə fanatik rəğbətinin olduğu bildirilir.

Ter-Petrosyan 1998-ci ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Paşinyan onun patiyasına daxil olmağı planlaşdırsa da, bu fikrindən daşınıb və öz partiyasını qurmağı qərarlaşdırıb. Bununla belə, partiya lideri olduqdan sonra da Paşinyanın Ter-Petrosyana rəğbəti nəinki azalmayıb, hətta onu öz müəllimi adlandırıb.

Bu baxımdan, 1998-ci ildə Ter-Petrosyanın “Qarabağ klanı” tərəfindən hakimiyyətdən uzaqlaşdırılması Paşinyanın Koçaryan və Sarkisyana münasibətinə təsir göstərməyə bilməzdi.

Onun baş nazir seçildikdən sonra Ter-Petrosyanla müntəzəm məsləhətləşdiyi, tövsiyələrini nəzərə aldığı bildirilir və bu deyilənlər yetərincə inandırıcıdır. Ona görə də, Koçaryanın həbs edilməsində, o cümlədən Serj Sarkisyanın həbsinə zəmin yaradılmasında Ter-Petrosyanın ciddi rol oynadığı şübhə doğurmur. Başqa sözlə, Koçaryanı həbs etdirməklə, Paşinyan öz kumiri saydığı Ter-Petrosyanın qisasını alır

Hər halda, Ter-Petrosyan Ermənistanda 1998-2018-ci illərdə baş verən dövləti cinayətlər haqqında daha çox məlumatlıdır və o informasiyaları Paşinyanla bölüşür. Baş nazir isə öz növbəsində buna uyğun addımlar atır”.

A.Zeynalov

www.yenicag.az

2036
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv