Paşinyan Putin, Makron və Blinkenlə telefonla danışdı

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər.

N.Paşinyan gərginliyin davam etdiyini, amma nisbi sakitliyin əldə olunduğunu söyləyib.

ABŞ dövlət katibi Ağ evin regionda sülhü təmin etməyə hazır olduğunu deyib.

Xatırladaq ki, N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makronla da telefonla danışıb./Report/