Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olmasının Amerika siyasi elitası üçün prioritet məsələyə çevriləcəyinə ümid edir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
Xatırladaq ki, yanvarın 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken Vaşinqtonda strateji tərəfdaşlıq üzrə birgə komissiyanın yaradılması haqqında sənəd imzalayıblar. Mirzoyanın sözlərinə görə, sənəd iqtisadi və enerji əlaqələrinin möhkəmləndirilməsini, müdafiə sektorunda əməkdaşlığın dərinləşdirilməsini, insanlar arasında əlaqələrin genişləndirilməsini əhatə edir.