Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Paşinyan “Qarabağ klanı”nın uğursuzluqlarını daha da qabartmağa çalışır” - Ekspert

Reklam: Sinerji Pro

“Koçaryanın azadlığa buraxılması Nikol Paşinyanla “Qarabağ klanı” arasındakı mübarizədə yeni səhifə açır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəmə qərarı əsasında azadlığa çıxmasından sonra Nikol Paşinyanın sabiq iqtidarlara qarşı mövqeyinin sərtləşməsini şərh edən ekspert Əlabbas Məhərrəmov deyib.

Ekspertin sözlərinə görə, Ermənistan hökuməti ilə Dağlıq Qarabağın separatçı rejimi arasında ziddiyyətlər böyüməkdədir:
“Qarabağdakı separatçı rejimin keçmiş prezident Robert Koçaryanın azadlığa buraxılması üçün müraciəti və məhkəmənin onu azadlığa buraxması Paşinyanı narahat etməyə bilməz.

Hakimiyyətə gəldiyi son bir ildə Koçaryan və Sərkisyan tərəfdarlarını geniş miqyasda zərərsizləşdirməsi belə Paşinyanı arxayın salmır. O, “Qarabağ klanı” kimi tanınan qüvvələrin revanş imkanlarının tam tükənmədiyinin fərqindədir.

Paşinyan bu günlərdə 2016-cı ilin aprel döyüşlərinin araşdırılmasına ehtiyac olduğunu bildirməklə, həmin klana növbəti zərbəni vurmağı düşünür. Ancaq Koçaryanın həbsdən çıxmasından bir qədər ruhlanan “Qarabağ klanı” da yəqin ki, boş dayanmayacaq. Bu isə İrəvanla Xankəndi arasındakı ziddiyyətləri açıq müstəviyə çıxara bilər.

Ermənistanın baş naziri hələlik pərdəarxasında gedən bu mübarizədə mövqelərini möhkəmləndirmək üçün “Qarabağ klanı”na mənsub son iki prezidentin uğursuzluqlarını daha da qabartmağa çalışır. Həmin uğursuzluqlar sırasında isə 2016-cı ilin aprel döyüşləri xüsusi yer tutur. Məhz həmin döyüş nəticəsində Ermənistanın “hərbi qüdrəti” Azərbaycan ordusunun bir zərbəsi ilə darmadağın oldu.

Ona görə də, Paşinyan bu “kart”la oynamağın ona xal qazandıracağının fərqindədir. Bunu nəzərə alan “Qarabağ klanı” da hər halda, yeni gedişlər hazırlayır. Bu isə Paşinyanla “Qarabağ klanı” arasındakı mübarizədə yeni səhifənin açılması anlamına gəlir”.

A.Zeynalov

www.yenicag.az

2401