Paşinyan Rusiya baş nazirinin müavini ilə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib.

Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı mövzulara da toxunublar.

COP29