!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan Rusiyadan çəkinmədən Avropa İttifaqının danışıqlar xəttinə əməl etməlidir" - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın bundan sonra proseslərə mane olmağa gücü çatmayacaq”.

Bunu Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiyanın proseslərə mane olmaq imkanları məhdudlaşdırılıb:

“Brüsseldə baş tutan görüş nəticəlidir. İkitərəfli münasibətlərin bütün parametrlərinə dair, demək olar ki, razılıq verilib, işçi komissiyalarının yaradılması razılaşdırılıb. Sülhyaratmaq prosesi üçün lazım olan şərtlərin hamısı müzakirə edilib. Hamısı barədə də müsbət nəticələr əldə olunub.

Rusiyanın bu məsələdə tutduğu destruktiv mövqeyə eyham vurulub. İnanmıram ki, bundan sonra proseslərə Rusiyanın mane olmağa gücü çatsın. Güman edirəm ki, Nikol Paşinyan Rusiyadan çəkinmədən Avropa İttifaqının danışıqlar xəttinə əməl etməlidir. İyul-avqust aylarında növbəti görüş də planlaşdırılır. Görüşlər Şarl Mişelin nəzarəti altında olacaq.

Bu dəfə Avropa İttifaqı məsələdən möhkəm yapışıbdır desək, yanılmalırıq”.

Səxavət Məmməd

www.yenicag.az

169
Ads
www.veteninfo.com
!Reklam – Arxiv