Paşinyan Türkiyə ilə nələri müzakirə etdi?

İrəvan Ermənistan və Türkiyənin xüsusi emissarları arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edir.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında çıxışı zamanı deyib.

O xatırladıb ki, bu saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılmasına aiddir:

“Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə (sərhəd keçidi – red.) hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”.