!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan vertolyotla Qarabağa gəlir, hələ bir rəqs də edir" - Elman Nəsirov

!Reklam – Yazi

Qərb ölkələrində Azərbaycana qarşı aparılan kampaniya Milli Məclisdə deputatlar tərəfindən pislənilib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elman Nəsirov əsas diqqəti son həftələrdə Qərb ölkələrində Azərbaycana qarşı kampaniyanın güclənməsinə yönəldib.

Onun sözlərinə görə, xaricdəki azərbaycanlı mühacirlər Brüsseldə Ermənistanın baş naziri Paşinyanı hədəfə götürmək əvəzinə Azərbaycan prezidentinə qarşı tərbiyəsizlik etməklə məşğul olublar:

“Siyavuş Novruzovla tam razıyam ki, bu məsələlərlə bağlı fikirlərimizi bildirməliyik. Çox təəssüf ki, Azərbaycana qarşı aparılan kampaniyanın xeyli gücləndiyi müşahidə olunur. Onu da təəssüflə qeyd etməliyik ki, azərbaycanlı mühacirlər bu işdə çox fəal iştirak edirlər. Onlar Azərbaycan ərazisini işğal edən, Qarabağ vertolyotla gəlib, hələ orada rəqs də edən Ermənistanın baş naziri Paşinyana qarşı mübarizə aparmaqdansa, Azərbaycan prezidentinə qarşı tərbiyəsizlik etməklə məşğul olublar. Onların hədəflərində olan qüvvələrdən ilkin yerlərdə həm də millət vəkilləridir. Onlar qadın, uşaq, ailə bilmədən hamını təhqir edirlər. Hesab edirəm ki, onların layiqli cavabları verilməlidir”.

A. Zeynalov

www.yenicag.az

6321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv