Paşinyan yenidən Azərbaycanla sərhəddə gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə yenidən sərhədyanı Tavuş bölgəsinə getməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Onun Tavuş bölgəsinə sonuncu səfəri iyulun 6-da olub və bu səfər zamanı baş nazir demarkasiya olunmuş Kirants kəndinə gedib.

Məlumata görə, Paşinyan bu dəfə yerli sakinlərlə görüşmək üçün yenidən Tavuşa getməyi planlaşdırır. Baş nazirin gündəliyində Armavirə səfər də var.

Qeyd edək ki, Armavir Türkiyə ilə həmsərhəddir./unikal

COP29