Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyan yenidən BAŞ NAZİR: "O, "türk düşmənçiliyi" stereotipindən qurtulmağa tələsmir" - POLİTOLOQ

Reklam: High Technic

“Nikol Paşinyan Ermənistanın iki böyük qonşusu – Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olması reallığını anlayır”.

Bu fikirləri Ermənsitanda Nikol Paşinyanın yenidən Baş nazir seçilməsi fonunda Azərbaycanla münasibətlər və yekun sülh sazişinin imzalanması məsələlərinə münasibət bildirən Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şahinoğlu Ermənistan parlamentinin yeni tərkibinin Paşinyana çətinlik yaradacağını qeyd edib:

“Paşinyana əvvəlki illərdən çətin olacaq. Çünki, keçən parlamentdə müxalifətin əsas hissəsi ilə dialoq mümkün idi, Paşinyan onları tez-tez iqamətgahına dəvət edir, fikir mübadiləsi aparırdı. Qarabağ klanının timsalında indiki müxalifət isə Paşinyana qarşı barışmaz mövqedən çıxış edir, ilk gündən parlamentin işini iflic etməyə çalışırlar. Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir.

Nikol Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu”.

Politoloq Paşinyanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırılmalı olduğunu anladığını, lakin bunun üçün tələsmədiyini bildirib:

“Nikol Paşinyan Ermənistanın iki böyük qonşusu – Türkiyə və Azərbaycanla normal münasibətlərə malik olması reallığını anlayır. Müharibədən sonra bu mövzuda onun müəyyən etirafları da oldu. Fərqli dövlətlərə “gəlin bizi Azərbaycandan qoruyun” çağırışlarının nəticə vermədiyini həm Paşinyanın özü, həm də erməni cəmiyyəti əyani gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusuyla sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Ancaq bunları anlamasına rəğmən, o erməni beyinlərinə hakim olan “türk düşmənçiliyi” stereotipindən qurtulmağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkün deyil”.

Aqil Bəkir

www.yenicag.az

269
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100