Paşinyan yunan nazirlə nələri müzakirə etdi?

Ermənistan baş naziri Nikol Paşinyan Yunanıstanın İrəvanda səfərdə olan xarici işlər naziri Giorgos Gerapetritisi qəbul edib.

Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan-Yunanıstan münasibətlərinin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Cənubi Qafqazda baş verən proseslər, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanla Avropa İttifaqı arasında əlaqələrin gələcək inkişafına da toxunulub.

COP29