!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan erməni diasporuna ZƏRBƏ: "Nikol bu kursu davam etdirməyə məcburdur"

!Reklam – Yazi

“Türkiyə ilə münasibətlərin normallaşması, Azərbaycanla sülh müqaviləsinin bağlanması və əlaqələrin qurulması Ermənistanın xilası deməkdir”.

Bu sözləri Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ikitərəfli əlaqələrin normallaşdırılmasına dair əlaqəsinin mümkün təsirlərini dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri hesab edir ki, sözügedən təmas Azərbaycanın maraqlarına uyğundur. Çünki Türkiyə normallaşma prosesini Azərbaycanla birgə şəkildə, öncədən razılaşdırılmış prinsiplər əsasında həyata keçirəcək:

“Paşinyan Türkiyə və Azərbaycan ilə münasibətlərin normallaşdırılmasına mane olan əsas səbəblərdən biri kimi Ermənistan konstitusiyasından “soyqırımı” ifadəsinin çıxarılmasını planlaşdırır. Bu, Ermənistan tərəfindən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını da sürətləndirə bilər.

Lakin Paşinyanın bu planları Ermənistanın millətçi-revanşist müxalifəti və xaricdəki erməni diasporu, erməni lobbi qrupları tərəfindən kəskin müqavimətlə qarşılaşır. Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyi, sərhədlərin dəqiqləşdirilməsini erməni xalqının maraqlarına zidd addım kimi qiymətləndirirlər. Bu isə səbəbsiz deyil. Xaricdəki erməni diasporunun və lobbisinin öz mövcudluğunu davam etdirməsi məhz bu qondarma “soyqırımı” iddialarının bundan sonra da təbliğ olunmasından, ənənəvi türk düşmənçiliyinin körüklənməsindən asılıdır. Lakin Paşinyan onların müqavimətini qırmağa, başlatdığı kursu davam etdirməyə məcburdur. Paşinyan dərk edir ki, bir tərəfdən Türkiyə ilə münasibətlərin normallaşması, digər tərəfdən isə Azərbaycanla sülh müqaviləsinin bağlanması və əlaqələrin qurulması ilk növbədə Ermənistanın özünün xilası deməkdir”.

Ə. Hüseynov vurğulayıb ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni imkanlar yaradacaq və hətta ölkədə işsizlik problemini də bir xeyli dərəcədə həll edəcək:

“Bu baxımdan Paşinyan yaranmış fürsətdən istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı ənənəvi düşmənçilik mövqeyindən çıxış edən, normallaşma prosesinə müqavimət göstərən “Daşnaksütyun” partiyası, “Respublika” partiyası kimi millətçi-revanşist qüvvələri zərərsizləşdirmək istiqamətində qətiyyət nümayiş etdirməlidir”.

Gülşən Şərif

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv