Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüşü olmayan nöqtə”yə yaxındır.
Yenicag.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda deyib.
Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır.
“Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdid yaradırdı”, – Paşinyan deyib.
Eyni zamanda, baş nazir qeyd edib ki, Ermənistan nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. O, qeyd edib edib ki, Ermənistan iqtisadi əlaqələrini şaxələndirməyə, Aİ və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır.
Paşinyanın sözlərinə görə, şaxələndirmə “vaxt aparan mərhələli prosesdir”.
Eyni zamanda, hökumət başçısı vurğulayıb ki, “Ermənistan Aİ-yə daxil olmaq üçün ən kiçik fürsəti görsə və bununla bağlı potensial riskləri idarə edə biləcəyini başa düşsə, şübhəsiz ki, bu şansdan yararlanacaq”.
Nəsimi Ələsgərli