Paşinyandan Qarabağ ÇAĞIRIŞI: “Azərbaycana aid olduğunu qəbul edin” – FOTO

Noyabrın 25-də Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinin icra orqanı nümayəndələri ilə görüş keçirib.

Yenicag.az “Hraparak”a istinadən xəbər verir ki, Paşinyan görüşdə Qarabağla bağlı erməni cəmiyyətində şok effekti yaradacaq fikirlər səsləndirib.

Nəşr bildirir ki, Paşinyan görüşdə Qarabağın Azərbaycana aid olduğu fkrini qəbul etməyə çağırıb. “Bizi 30 il aldadıblar, bu olmalı idi”, – deyə Paşinyan qeyd edib.

Baş nazir eyni zamanda, “Biz yolları bağlaya bilmərik, Azərbaycana Sünik ilə Naxçıvanı birləşdirən yolu verməyə bilmərik, çünki Əliyev buna hərbi yolla nail olmağa çalışacaq və müqavimət göstərmək üçün resurslarımız yoxdur”, – deyib.