Paşinyandan ŞOK AÇIQLAMA: “Ön xəttə gətirilmiş qüvvələr öz bazalarına qayıtmalıdır”

Avropa İttifaqına bağlı olan “politico.eu” saytında gedən “We can’t rely on Russia to protect us anymore, Armenian PM says Once one of the Kremlin’s closest allies, Armenia is now conducting joint drills with US soldiers” (Ermənistanın Baş naziri deyir ki, biz artıq müdafiəmizlə bağlı Rusiyaya arxalana bilmərik. Bir vaxtlar Kremlin ən yaxın müttəfiqlərindən biri olan Ermənistan indi ABŞ əsgərləri ilə birgə təlim keçir) adlı məqaləsində maraqlı məqamlar var.

Ən maraqlısı isə odur ki, Paşinyan bildirir ki, təmas xəttində hər iki ölkənin hərbi qüvvələri döyüşə hazır vəziyyətdə üz-üzə dayanıb.

Sayt yazır: “Son günlər baş verən toqquşmalar fonunda həm Azərbaycan, həm də Ermənistan qoşunları ümumi sərhəd boyu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, Avropa İttifaqının mülki monitorinq missiyası isə sərhəddə “artan gərginlik və çarpaz atəş” barədə məlumat verib. Paşinyanın sözlərinə görə, “eskalasiya ssenarisini istisna etmək mümkün deyil”, lakin “ön xəttə gətirilmiş qüvvələr öz bazalarına qayıtmalıdır. Ermənistan buna hazırdır”.

Xatırladaq ki, bu günlərdə Nikol Paşinyan bir çox siyasi liderə zəng vuraraq İlham Əliyevlə təcili danışıqlar aparmaq istədiyini bildirmişdi.

Elbəyi Həsənli, Sürix