!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyanı elə vəziyyətə salmaq istəyirlər ki, nə sülh sazişini imzalaya bilsin, nə də ki…” – ŞƏRH

!Reklam – Yazi

“Ermənistanda radikal müxalifətin etiraz aksiyalarının ilin sonuna kimi davam edəcəyi gözlənilir”.

Bu fikirləri Ermənistanda müxalifət qüvvələrinin Nikol Paşinyan hökumətinə qarşı təşkil etdiyi davamllı etiraz aksiyalarının məqsədini və mümkün nəticələrini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xaricdən idarə olunan Ermənistan müxalifətinin aktivləşməsinin gerçək məqsədi Paşinyanın devrilməsi deyil:

“Bildiyiniz kimi, Ermənistanda ötən ayın ortalarından vüsət alan etiraz aksiyaları davam etməkdədir və bunun nəticəsində ölkədəki vəziyyət xeyli gərginləşib. Bu aksiyalarda səslənən tələblərə nəzər saldıqda görürük ki, müxalifətin tələb və şüarlarında Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli razılaşmalarından imtina haqqında heç nə deyilmir, sadəcə Paşinyan hədəf götürülür.

Buradan gəlinən nəticə bundan ibarətdir ki, müxalifətin, daha doğrusu, ona diqtə edən xarici dairələrin planlarına Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması daxil deyil. Yəni bu aksiyaların məqsədi Paşinyanı elə bir vəziyyətə salmaqdır ki, o, Azərbaycanla sülh sazişini nə imzalaya bilsin, nə də ondan imtina etsin.

Müxalifətə diqtə edən xarici qüvvələr dedikdə, əlbəttə ki, ilk növbədə, Rusiya hakimiyyətinin daxilindəki müəyyən qruplar nəzərdə tutulur. Onlar Rusiyanın əsas diqqətinin Ukrayna ilə müharibəyə yönəldiyi bir vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəmirlər.

Ona görə də Ermənistandakı etiraz aksiyalarının hələ bir müddət, təqribən ilin sonuna kimi davam edəcəyi gözlənilir. Lakin bu proseslər Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək”.

A.Zeynalov

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv