!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanı şantaj edərək sərhəddə qoşun yığmaq istəyirlər" - Hərbi ekspert

!Reklam – Yazi

“Ermənistanda bəzi qüvvələr Paşinyanı şantaj edərək sərhəddə qoşun yığmaq istəyirlər”.

Bu sözləri bəzi erməni politoloqların delimitasiya və demarkasiya məsələlərində irəliləyişin olmaması, sərhəd qoşunlarının xidmət aparmaması ilə bağlı fikirlərinə münasibət bildirən ehtiyatda olan polkovnik, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistan ordusu, xüsusən də sərhəd qoşunları yox kimidir:

“Paşinyan delimitasiya və demarkasiya məsələlərinin aparılmasına hazır olduğunu bildirir. Ancaq bəzi erməni politoloqlar istəyirlər ki, sərhədlərində Rusiya ordusu dayansın və buna görə də bəzi məsələləri qabardırlar. Hətta istəyirlər ki, Rusiya Qarabağdakı və Ermənistandakı kontingentinin sayını artırsın. Onların bu etdiyi həm də Ermənistan hakimiyyətini şantaj etməkdir. Azərbaycan tərəfi isə sərhədlərin delimitasiya və demarkasiyasının üzərində çox ciddi durub.

Azərbaycanın sərhədçiləri var. Ancaq erməni tərəfində sərhəd qoşunları demək olar ki, yoxdur. Bundan əlavə Ermənistan tərəfində şəxsi heyət çatışmazlığı da var. Əsgərlikdən yayınma halları daha da çoxalıb”.

Səxavət Məmməd

www.yenicag.az

1965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv