Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyanın ABŞ-a səfəri Ermənistandakı iqtisadi fonu dəyişməyəcək

Reklam: Sinerji Pro

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfər etməklə maliyyə köməyindən daha çox erməni diasporu tərəfindən siyasi dəstək cəlb etməyə çalışır.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, N.Paşinyanın inqilab dalğası ilə hakimiyyətə gəldiyini nəzərə alsaq, onun qərb ölkələrində yaşayan ermənilər arasında etimad krediti qalır:

“Amma erməni diasporu hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa maliyyə dəstəyi göstərib. Ona görə də fikirləşirəm ki, bu səfər ölkə iqtisadiyyatına diaspor tərəfindən böyük məbləğdə investisiya gətirməyəcək. Ermənistan iqtisadiyyatı pis vəziyyətdədir, çünki ölkə təcrid vəziyyətindədir, sərhədlərinin 83 faizi qapalıdır. Digər tərəfdən isə, Paşinyanın hakimiyyətə gəlməsi ilə ölkədə hər hansı bir ciddi iqtisadi islahat keçirilməyib, ona görə də bu sahədə irəliləyişdən danışmaq yersizdir”.

Ekspert xatırladıb ki, sabiq prezident Serj Sarkisyan da vaxtilə Qərbdən investisiyalar cəlb etməyə çalışırdı və bu cəhdlər işğal siyasəti ilə əlaqədar olaraq ölkə iqtisadiyyatında hər hansı bir irəliləyişə gətirib çıxarmadı:

“Paşinyan Sarkisyan və Koçaryandan fərqli olaraq nisbətən qərbyönümlü siyasətçi hesab olunur, bununla belə, Ermənistana diaspor vasitəsilə daxil olan investisiyalar indiki vəziyyətdə ölkədəki iqtisadi fonu dəyişmək iqtidarında deyil. Ermənilər qərb diasporu tərəfindən müəyyən yardıma ümid edə bilər, amma ABŞ tərəfindən Ermənistana ciddi yardım olmayacaq”.

www.yenicag.az

1175
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100