Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının SƏBƏBİ

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin təxirə salınmasının səbəbi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə “168 jam” qəzeti məlumat yayıb.

“Ermənistan tərəfinin xahiş etdiyi görüşdən Donald Tramp imtina edib. Bundan sonra onlar ABŞ-ın vitse-prezidenti Maykl Penslə Nikol Paşinyanın görüşünü təşkil etməyə cəhd göstəriblər. O da Ermnənistanın hökumət başçısı ilə görüşdən imtina edib”, – nəşr vurğulayıb.

Məqalədə qeyd edilib ki, rəsmi Yerevanın son ümidi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşünün təşkilidir.

Xatırladaq ki, onun ABŞ-a səfəri və görüşlər sentyabrın 21-22-nə nəzərdə tutulmuşdu. ABŞ liderlərinin imtinasından sonra Nikol Paşinyan bildirib ki, sentyabrın 23-də Yerevan şəhər Ağsaqqallar Şurasına keçiriləcək seçkilərə görə səfərini təxirə salıb./Report/