!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanın əsas məqsədi Avropa İttifaqından yardım paketi almaqdır" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanın siyasi dairələri bu məsələni həll etməyə hazır deyil. Ermənistan müxalifəti və onların arxasında duran Rusiya bu məsələni körükləməkdə maraqlıdır”.

Bu fikri Brüssel görüşündə əldə edilən razılaşmalar fonunda Ermənistanda baş verən hadisələr və Rusiyanın mövqeyini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, tarixdə adı satqınçılıqla qoşa çəkilən ermənilər indi bütün dünyanı satqınçılıqla ittiham edir:

“Brüssel görüşü müsbətə doğru atılan növbəti addımdır. Müzakirə olunan məsələlər də “5+1” olmayıb, ötən dəfə Azərbaycan Prezidentinin təqdim etdiyi prinsiplər olub. Bu, müsbət haldır. Baş verənlərlə bağlı Ermənistan müxalifətinin çox ciddi narazılığı var. Ermənistan mətbuatı Paşinyanı Ermənistanı və Qarabağı satmaqda ittiham edir. Erməni müxalifəti Xarici İşlər Nazirliyinin önünü kəsiblər və içəri heç kimi buraxmırlar. Aksiyalar davam edir. Bütün hallarda heç bir tərəfin mövqeyi dəyişməyib. Rusiyanın mövqeyi bəllidir. Rusiya bölgənin və problemin öz nəzarəti altında qalmasını tələb edir.

Müsbət olan hallardan biri də odur ki, hər iki tərəf komissiyanı müəyyənləşdirib. Ancaq bu, məsələnin tam həlli deyil. Sülh sazişinin imzalanması məsələsi artıq dördüncü plana keçib. Ermənistan mətbuatı isə bunu tərəflər arasında münasibətlərin normallaşması kimi təqdim edir, sülh sazişi kimi vermək istəmirlər. Açıq görünür ki, Paşinyanın əsas məqsədi Zəngəzur dəhlizinin açılması deyil. Onun əsas məqsədi Avropa İttifaqından 2.6 milyard dollarlıq yardım paketini almaqdır. Paşinyan bu addımların hamısını məcburiyyətdən atır.

Ermənistan daxilində vəziyyət həddindən artıq gəginləşib. Bu gərginləşmə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına xidmət etmir. Əksinə, prosesin gərginləşməsinə xidmət edir. Ermənilərin aldatmadığı adam qalmayıb, söz verib qaçmadığı masa qalmayıb. Təbii ki, Azərbaycan da xəbərdarlığını edir. Düşünürəm ki, bütün hallarda Ermənistan məsələni uzatmağa çalışacaq. Brüssel görüşündə Qarabağda hansısa statusdan danışılmayıb. Sadəcə Şarl Mişel çıxışında bildirdi ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı tərəflərə təklif verib. Ermənistanda bununla bağlı ciddi narahatlıq var. Onlar bildirir ki, status məsələsi gündəmə gəlməyib, Avropa İttifaqı, Rusiya bizi satdı. Ənənəvi erməni siyasəti davam edir, hər kəsi qaralayırlar. Maraqlıdır ki, Qarabağdakı qondarma qurumun qondarma prezidentinin mətbuat xidmətinin çıxışı oldu. O da açıq-aşkar dedi ki, “Artsax”ın Azərbaycanın tərkibində olması mümkünsüzdar.

Bütün bunlar açıq-aşkar onu deməyə əsas verir ki, Ermənistanın siyasi dairələri bu məsələni həll etməyə hazır deyil. Ermənistan müxalifəti və onların arxasında duran Rusiya bu məsələni körükləməkdə maraqlıdır. Qarabağdakı ermənilər azərbaycanlılarla birgə yaşayış istəmirlər. Nifrət edirlər bizə. Azərbaycan prosesi daim nəzarətdə saxlamalıdır. Ermənilərin qorxduğu Azərbaycan ordusunun hərəkətliliyidir. Onlar gördülər ki, Azərbaycan ordusu Fərrux yüksəkliyinə qalxanda ilk dəfə Rusiya ilə üz-üzə gəldi və geri çəkilmədi. Belə olan halda, Azərbaycana divident verən üsullardan istifadə etməlidir.

Son nəticədə insanlarımız çox sevinir. Brüssel qələbəsi elan edənlər var. Bir vaxt Lissabon Sammitini də bayram edirdilər. Biri uşağının adını Lissabon, biri də Sammit qoymuşdu. Bu mərhələləri keçmişik. Ona görə də onlarla daim sərt danışmaq lazımdır. Azərbaycan hökuməti nisbətən yumuşaq danışa bilər, ancaq mətbuat və müxalifət dişli olmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

236
Ads
www.veteninfo.com
!Reklam – Arxiv