Paşinyanın Fransa efirində KTMT BLEFİ: “Həmin ittifaqda üzvlüyün “dondurulması” və ya…”

“Gerçəklik isə Ermənistanın nə KTMT üzvlüyünü dondurduğunu, nə də dayandırdığını göstərir”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “Fransa 24” telekanalına müsahibəsində ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını “dondurması” ilə bağlı açıqlamasını şərh edən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan Ermənistanın imzaladığı KTMT-yə üzvlük müqaviləsini yəqin “Makronun soyuducusunda dondurub”:

“KTMT Nizamənaməsinə görə, təşkilatda üzvlüyün dayandırılması üçün altı ay öncədən müraciət etmək tələb olunur. Həmin qurumun Nizamnamədə təşkilatda iştirakın “dondurulması” barədə heç bir müddəa yoxdur. Sadəcə, Paşinyan bu kimi ifadələr işlətməklə, Qərbə xoş görünməyə çalışır.

Reallıq isə Ermənistanın bu günə qədər KTMT-yə təşkilatdan çıxmaqla bağlı müraciət etməməsindən ibarətdir. KTMT da bu formada İrəvandan hansısa müraciətin olmadığı ilə bağlı bəyanat yaydı. Paşinyan ümumiyyətlə, erməni xislətini nümayiş etdirərək hər şeydən danışsa da. əsas mətləbə gəlmir.

Bildiyiniz kimi, KTMT hərbi-siyasi ittifaqdır. Bu ittifaqda isə ya olursan, ya da olmursan. Orada “Mən üzvlüyü dondururam, sonra mikrodalğalı sobaya qoyaraq donumu açıram” kimi anlayış yoxdur. Paşinyan belə bəyanatlarla sadəcə, kütləyə xitab edərək özünün mövqeyini qorumağa çalışır.

Gerçəklik isə Ermənistanın nə KTMT üzvlüyünü dondurduğunu, nə də dayandırdığını göstərir. Rusiya prezidenti Vladimir Putin isə daha öncə bu məsələ haqqında bəyanat səsləndirərək “KTMT-ni tərk etmək Ermənistanın maraqlarına uyğun deyil” mesajını verib”.

Nəsimi Ələsgərli

COP29