!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın MƏCBURİ ETİRAFI: "Ortada siyasi iradə olduğunu görən Nikol..." - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Paşinyan həqiqəti deyir, ancaq bunu axıra qədər etmir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı, “10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan SSRİ-nin sərhədlərinə çəkilməsəydi, ağır nəticələri ola bilərdi”, – fikrinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Ermənistan hələ də Ermənistan SSRİ-nin sərhədlərinə tam şəkildə çəkilməyib:

“Ermənistan SSRİ dövründə olan inzibati sərhədlərə hələ tam çəkilməyib. Bəzi yerlərdə Azərbaycanın sərhədləri daxilindədirlər. Qazax rayonunun 7 kəndi, Kərki kəndi hələ Azərbaycana geri qaytarılmayıb. Əgər Ermənistan geri çəkilməsəydi, müharibə yeni masştapda, yeni miqyasda davam edəcəkdi. Bu zaman Ermənistanın, ümumiyyətlə, dövlət kimi varlığı sual altında olacaqdı.

Azərbaycan Ordusu imkan verildiyi qədər tarixi sərhədlərini müəyyənləşdirib. Paşinyan həqiqəti etiraf edir. Ancaq bilməlidir ki, Azərbaycan torpaqlarının bir qarışından da imtina etməyəcək. Ortada siyasi iradə olduğunu görən Paşinyan bu iradə ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı”.

Səxavət Məmməd

www.yenicag.az

780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv