Paşinyanın oğlunun oğurlanmasına cəhd edildi

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.

Yenicag.az “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb.

Hadisə zamanı onun yaralandığı bildirilir. Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.