Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Paşinyanın pafosu, Rusiyanın qırıcı satmaq hiyləsi və Azərbaycanın real gücü - Hərbi ekspert şərh edir

Reklam: High Technic

Son günlər Ermənistan tərəfi sərt müharibə tipli bəyanatlar səsləndirməkdədir.

Ermənistan tərəfinin səsləndirdiyi bəyanatların arxasında hansı güc dayanır? Bu bəyanatlar daxili auditoriya üçün nəzərdə tutulub, yoxsa bunu səsləndirməyə başqa əsaslar var? Bəzi ekspertlər Ermənistan tərəfinin səsləndirdiyi bəyanatları heç də ciddiyə almır. Ancaq bir çox ekspertlər müharibənin yenidən alovlanacağı fikrini irəli sürürlər.

Ermənistan tərəfinin səsləndirdiyi bəyanatlar, Azərbaycan tərəfinin hərbi və insan gücü, eləcə də Rusiyanın hiyləgər qırıcı biznesi barədə Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov danışıb.

Məsələlərə münasibət bildirən Tərlan Eyvazov qeyd edib ki, bəyanatların hamısı populistdir:

“Hakimiyyətə gələn Paşinyan komandası erməni xalqına hesablanmış çıxışlar edir. Onların çox güclü opponentləri var. Ancaq bu bəyanatlarda Azərbaycanın xeyrinə olan nüanslar var. Tonoyanın bəyanatı və Paşinyanın onu dəstəkləməsi Azərbaycana şans yaradır ki, dünya ictimaiyyətinə Ermənistan tərəfinin beynəlxalq qanunları necə pozduğunu göstərsin. Erməni rəhbərliyinin son bəyanatları bütövlükdə beynəlxalq institutların qanunlarına tüpürmək deməkdir”.

Ermənistan tərəfinin səsləndirdiyi bəyanatların nə qədər real olması düşündürücüdür. Bununla bağlı Tərlan Eyvazov bunları deyib:

“Hər bir bəyanatın arxasında iş, qüvvə dayanmalıdır. Tonoyan özü keçmiş polis işçisidir, müdafiə nazirinin müavini olub. Aprel döyüşləri zamanı erməni ordusunun məğlubiyyətində və ordunun düşdüyü durumda Tonoyanın da günahı var. Erməni tərəfinin səsləndirdiyi sərt bəyanatları populizmə və daxili auditoriya hesablanmış addım hesab edirəm. Məlum olduğu kimi, Azərbaycan və Ermənistanın dövlət büdcəsi, hərbi büdcəsi, qüvvəsi gün kimi aydındır. Onlar “İsgəndər”lə Azərbaycanı təhdid edirdilər. Mütəxəssislər də bildirir ki, “İsgəndər” raketləri Rusiya bazasındadır və onun açarı rusların əlindədir. Rusiyanın icazəsi olmadan erməni tərəfi “İsgəndər” raketindən atəş aça bilməz. Buna baxmayaraq, Azərbaycan tərəfi işini sağlama alaraq Belarusdan “Polonez” silahı aldı. Düşünmürəm ki, məsələ bu raketlərdən istifadə həddinə gəlib çıxa bilər. Cəmisi 45 km məsafədən, Naxçıvandan İrəvana çox dəqiq zərbələr endirilə bilər. Bu da katostrafik nəticə verə bilər. Maliyyə, silah – bunlar öz yerində, müharibəni şərtləndirən ən əsas məsələlərdən biri də insan resusları və kadr potensialıdır. Kadr potensialı əhalinin sayından qaynaqlanır. Bildiyimiz kimi, son illərdə Azərbaycanın əhalisi normal sürətdə artıb. Azərbaycandan gənc kişilərin xaricə getdiyi deyilir. Ancaq faiz etibarı ilə qarşı tərəfdən daha çox insan xaricə gedib, özü də son hakimiyyət dəyişikliyindən sonra. Son keçirilən sorğulara görə, ermənilər müharibə istəmir. 2 milyon yarım erməni əhalisinin ortaya çıxaracağı güc nə olar bilər ki?

İnsan resursu dedikdə, ümumi əhalinin 17%-i nəzərdə tutulur. Bu bütün ölkələrə aiddir, ölkə əhalisinin demək olar ki, yarısını qadınlar təşkil edir. 50%-in də 3-də 1-i qocalar, uşaqlar, 3-də biri isə hərbiyə yararsız şəxslər. Yerdə qalan 3-də 1-i isə hərbi xidmətə yararlı şəxslər olur.10 milyona yaxın Azərbaycan əhalisinin 1 milyon 700 mini hərbiyə yararlı şəxslərdir. 700 mini digər məsələlərə görə çıxsaq, Azərbaycanın 1 milyon ehtiyat qüvvəsi var. 1 milyonluq kadrlar 1992-ci ilin kadrları deyil. Bu insanların böyük əksəriyyəti hərbi xidmət keçmiş şəxlərdir. Digər bir tərəfdən, müharibədə önəmli amillərdən biri də sursatdır. Bildiyimiz kimi, Ermənistanda sursat istehsal olunmur. Ermənistan tərəfi Rusiyadan sursat alır. Azərbaycanda isə 1000 addan yuxarı silah-sursat istehsal edilir. Artıq Azərbaycan tərəfinin xaricdən mərmi almağa ehtiyacı yoxdur. Hamısını özümüz qarşılayırıq. Enerji potensialı da Azərbaycanda var. Ona görə də, Tonoyanın bəyanatını heç etmək olar”.

Azərbaycan Ordusunun son təlimlərinin uğurlu keçməsi diqqət çəkib. Xarici ekspertlər də təlimlərdən sonra Azərbaycanın müharibəyə hazır olduğunu deyib. Ümumiyyətlə, təlimlərdən sonra müharibə olacağı ehtimalları daha çox səsləndirilməyə başlanıb. Azərbaycan Ordusunun keçdiyi son təlimləri, “Polonez” raket kompleksinin təlim meydançasına çıxarılması, lakin atəş açılmamasını hərbi ekspert bu cür şərh edib:

“Azərbaycan Ordusu genişmasştablı, yüksək səviyyəli təlimlər keçirdi. Təlimlər zamanı “Polonez”dən atəş açılmaması müzakirə mövzusuna çevrilib. “Polonez”dən atəş açılmamasının səbəbləri var. “Polonez” yaylım atəşi taktiki silahları ailəsindən sayılır. Bu ailənin ilk nümayəndəsi “Katyuşa” olub. “Polonez” 200 km-dən çox məsafədəki hədəfi vura bilər. “Polonez”in mərmiləri çox bahalıdır. Əgər “Qrad” mərmisinin biri 800 dollara başa gəlirsə, “Polonez” mərmilərinin qiymətini təsəvvür etmək lazımdır. Digər tərəfdən “Polonez” silahları böyük dağıntıya malik ola bilən silahlardır. Uzaq məsafəni vurmaq üçün bir çox parametrlər yerinə yetirilməli, şərait yaradılmalıdır. Bildiyimiz kimi, 200 km az məsafə deyil. Burada çox şey nəzərə alınmalıdır. Əgər snayper 300-500 metr məsafədə olan hədəfi vurmaq üçün havanın rütubətliliyini, küləyin səmtini, günün harada olmasını nəzərə alırsa, 200 km məsafəni vuracaq silah bunları necə nəzərə almayacaq? Yer kürəsinin fırlanma sürətindən tutmuş, gedəcəyi yüksəklikdə havanın şəraiti, raketin düşəcəyi yerdə küləyin hansı səmtdə olması nəzərə alınmalıdır. Bildiyimiz kimi, bu silahın mərmiləri idarə olunmur. Ona görə də bu silahlardan taktiki təlimlərdə istifadə olunması lazım bilinməyib”.

Azərbaycanın Rusiya istehsalı olan SU qırıcılarından imtina edib, Pakistan istehsalı olan JF-lərə üstünlük verməsinə gəldikdə isə Tərlan Eyvazov bildirib ki, Rusiya tərəfi Ermənistana SU qırıcılarını satacağını bildirərək Azərbaycanın da o qırıcılardan almasını istəyir:

“Ruslar nə qədər tərifləsə də, SU qırıcıları dünya standartlarına cavab vermir. Təyyarələr nəslinin artıq 5-ci nəsli yaranır. Ruslar hələ 4-cü nəslə gəlib çatmayıblar. Rusiya dünya bazarındakı qiymətlərdən daha böyük məbləğə SU qırıcılarını Azərbaycana satmağa çalışır. Təbii ki, bu da Azərbaycana sərf etmir. Rusiya Ermənistanla yaxın müttəfiq olduğu üçün bu qırıcıları onlara ucuz və kreditlə verirlər. SU qırıcılarının məxsusi şəkildə Ermənistana verilməsinin reklam olunması yalnız bir məqsədə xidmət edir ki, Azərbaycan da o qırıcılardan alsın. Azərbaycan öz hava məkanına uyğun Pakistanın istehsalı olan JF qırıcılarını almaqda israrlıdır. Bu barədə danışıqlar gedir. Bildiyimiz qədər niyyət protokolu imzalanıb. JF qırıcıları Pakistan və Hindistan arasında hava məkanında qırıcıların döyüşü zamanı uğurla sınaqdan keçirilib. Həm qiymət baxımından, həm keyfiyət baxımından, həm də Pakistanla əlaqələr baxımından bu qırıcıların alınması məqsədə uyğundur”.

Səxavət Məmməd

www.yenicag.az

2968
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM