Paşinyanın Rusiyaya səfəri ləğv edildi

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Mediaport” “Telegram” kanalı məlumat yayıb.

“Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünü təşkil etmək üçün bütün cəhdləri uğursuz olub və Baş nazirin protokol rəhbəri İrəvana geri çağırılıb”, – deyə xəbərdə bildirilir.