!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın sərhəd təxribatı və xaricdən Azərbaycana QƏTİ DƏSTƏK: “Başqa cür ola da bilməz” – Aqil Abbas

!Reklam – Yazi

“Ermənistanın məlum sərhəd təxribatından sonra Türkiyə ilə Pakistanın Azərbaycana tam dəstək vermələri ən təbii haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi sərhəd təxribatının davam etdiyi günlərdə bir sıra ölkələrdən Azərbaycana yönəlik rəsmi dəstək bəyanatlarını dəyərləndirən millət vəkili Aqil Abbas deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dost və müttəfiq hesab etdiyi dövlətlər bu həssas günlərdə qarşılıqlı münasibətlərimizin mahiyyətinə uyğun davrandılar:

“Ermənistanın məlum sərhəd təxribatından sonra Türkiyə ilə Pakistanın Azərbaycana tam dəstək vermələri ən təbii haldır. Bu, başqa cür ola da bilməz.

Ukrayna ilə Azərbaycan hələ Sovet dövründən bir-biri ilə yaxşı münasibətdə olub. Müstəqillik qazanılandan sonra da bu ölkənin münasibətləri yaxşı mənada seçilib. Ötən dövrlərdə keçmiş prezidentlər – Heydrər Əliyev və Leonid Kuçma arasında münasibətlərin səviyyəsi iki ölkələrin əlaqələrinə də təkan verirdi. Son döyüşlər fonunda da Ukrayna Azərbaycana diplomatik dəstək verməsi təbiidir. Bununla belə, açığı, prezident Zelenskinin belə qəti mövqe bildirəcəyini gözləmirdim.

İsrailə gəldikdə, bu ölkə ilə də münasibətlərimiz yüksək səviyyədədir. Müstəqilliyimizi ilk tanıyan ölkələrdən biri məhz İsrail olub. Eyni zamanda, müstəqilliyimizin ilk illərində beynəlxalq səviyyədə İsrailin ciddi dəstəyini görmüşük. Bu məsələdə Azərbaycandan İsrailə köçən sabiq vətəndaşlarımızın da təsiri qeyd edilməlidir. Ən vacibi isə budur ki, İsrailin ən müasir silahlarını satdığı çox az sayda ölkələr sırasında Azərbaycan da var.

Sizə Heydər Əliyev hakimiyyətdə olan vaxt baş v erən bir hadisəni danışım. Qəzetlərimiz durmadan yazırdılar ki, Azərbaycan İsraildən 74 tank alıb. Heydər Əliyev jurnalistlərlə söhbətində dedi ki, “Baxıram, biz İsraildən guya gizli yolla 74 tank almışıq. Birincisi, almamışıq, ikincisi də, almışıqsa, bunu dövlət üçün almışıq”. Sözüm odur ki, İsraillə münasibətlərimizin sağlam və möhkəm təməli var. Dünyada yəhudilərin rolunu nəzərə alsaq, görərik ki, İsrail dövlətinin Azərbaycana dəstəyini bəyan etməsi nə qədər əhəmiyyətli məsələdir”.

Səxavət Məmməd

www.yenicag.az

943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv