Paşinyanın simasından İSTİFADƏ ETDİLƏR – Yarım milyon dollar QAZANDILAR

 

Fırıldaqçılar neyroşəbəkələrdən və Paşinyanın imicindən istifadə edərək Ermənistanda yarım milyon dollar qazanıblar

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediasına İstintaq Komitəsindən məlumat verilib. İnternet fırıldaqçıları Ermənistanın sadə vətəndaşlarını qarət edərək, onların yarım milyon dollarını ələ keçiriblər

İnternet saxtakarlığı “Qazprom Ermənistan” şirkətinin adından yayılıb.

Onlar məşhur insanların simalarından istifadə edərək yüksək keyfiyyətli videolar çəkirlər. Daha sonra onları Facebook və Instagram-da reklamdan istifadə edərək yayırlar.

Fırıldaqçılar məşhur insanların müxtəlif kommersiya layihələrinə pul yatırmağa və səhm almağa təşviq edildiyi reklam videoları yaratmaq üçün neyroşəbəkələrdən istifadə edirlər.

Ermənistanın minlərlə sakini “Qazprom Ermənistan” şirkətinin adından yayılan internet fırıldaqlarının qurbanı olub. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, aldadılmış vətəndaşlar artıq mövcud olmayan maliyyə sisteminə yarım milyon dollar “sərmayə qoyublar.

İmicindən fırıldaqçılar tərəfindən də istifadə edilən şəxslardə biri də baş nazir Nikol Paşinyan olub.
Vətəndaşlar “Nikol Paşinyan” tərəfindən investisiya qoymağa inandırılıblar.

 

Xuraman Etibarlı

COP29