Paşinyanın Sünikə səfərinə etiraz edən 19 nəfərə cinayət işi açıldı

Ermənistanın İstintaq Komitəsi Sünik (Zəngəzur) vilayətindən olan 19 müxalifətçini baş nazir Nikol Paşinyanın regiona səfəri zamanı xuliqanlıq və ictimai asayişi pozan kütləvi tədbirlər təşkil etməkdə günahlandırıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Əldə olunmuş kifayət qədər dəlil əsasında 19 nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan 9-u Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddənin 3-cü bəndi (xuliqanlıq), 10-u isə 258-ci maddənin 1-ci bəndi (ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili) ilə ittiham olunub. İstintaq 8 nəfərə qarşı həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib”, – məlumatda ​​deyilir.

COP29