Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya gedib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir Parisdə Notr-Dam kilsəsinin yenidən açılışında iştirak edəcək.
Baş nazirin səhifəsində onun Gümrüdən uçduğu deyilir.
Xatırladaq ki, bu gün yanğından 5 il sonra Katedral öz qapılarını ziyarətçilərin üzünə yenidən açır.