!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın “üçtərəfli saziş” BLEFİ: “Onun bu fikirləri seçki ərəfəsində daxili auditoriyaya yönəlib” - ŞƏRH

!Reklam – Yazi

“Onun parlamentdə bu və ya digər məsələlər ətrafında danışması, ortada sadəcə, layihə olduğunu söyləməyə əsas yaradır.”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağına dair söylədiklərinə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, Paşinyanın səsləndirdiyi fikirlərdə bri sıra qaranlıq məqamlar var:

“Yayılan məlumat, o cümlədən, Paşinyanın parlamentdə bu və ya digər məsələlər ətrafında danışması, ortada sadəcə, layihə olduğunu söyləməyə əsas yaradır. Lakin buna sənəd demək olmaz, çünki layihəni yalnız imzalanandan sonra sənəd adlandırmaq olur. İndi bu haqda danışmaq mümkün deyil.

Onun parlamentdəki çıxışında bir neçə məqam var. Onlardan biri budur ki, bu məsələ üçtərəfli formada müzakirə olunub. Paşinyan müzakirələrdə hansı prinsiplərin yer aldığı haqda fikir söyləyə bilməz. Digər aspekt budurki, Paşinyan bunun beynəlxalq tərəfdaşlarla razılaşdırıldığını qeyd edir və ermənilərin maraqlarına tam uyğun gəldiyini xidmət etdiyini deyir. Amma ermənilərin maraqlarının nədən ibarət olduğu və hansı kontekstdən bu yanaşmaların ortaya qoyulduğu bəlli deyil.

Bu, daha çox seçki ərəfəsində verilən piar xarakterli bəyanata bənzəyir. O baxımdan, Paşinyanın açıqlamalarına indiki halda ciddi yanaşmaq çətindir. Beynəlxalq tərəfdaş dedikdə kimi nəzərdə tutur? Hazırda bu proseslərdə Rusiyadan başqa bir ölkə iştirak etmir. Qısacası, bunun daxili siyasətə hesablanmış açıqlama olduğu qənaətindəyəm”.

Aqil Bəkir

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv