Paşinyanın utopik “Ermənistan 2050” hədəfi: İşğalçı ölkə xəyal burulğanındadır

Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin avqust ayında, ötənilki inqilab dalğasında xalqa verilən vədlərin həyata keçirilməsini nəzərdə tutan “Ermənistan 2050 – İnkişaf Strategiyası” ölkədə ciddi müzakirə olunmaqdadır.

Hakimiyyətə gəldiyi ilk gündən başlayaraq, xalqı populist vədlərlə doyurmaqdan uzağa getməyən Paşinyan hökuməti açıqladığı yeni sənədlə özünün qeyri-ciddiliyini bir daha nümayiş etdirib. Təqdim olunan uzunmüddətli “yol xəritəsi”ndə Ermənistanın qarşıdakı 30 il ərzində bütün sahələr üzrə inkişaf strategiyası və hədəflər göstərilib. Sənədi ümumi şəkildə qiymətləndirən yerli müstəqil ekspertlər üçün hətta ötəri təhlillər belə, açıqlanan “strategiya”nı yerlə bir etmək üçün yetərli olub. Haqqında danışılan “Yol xəritəsi”ni şərh edən yerli mütəxəssislərlə yanaşı, əcnəbi ekspertlər də sənəddə əks olunmuş proqnozların Ermənistanın mövcud vəziyyətinə qətiyyən uyğun olmadığını, utopik xarakter daşıdığını bildiriblər.

Sənədin tənqidçiləri əsas diqqəti Ermənistanda Ümuni Daxili Məhsulun (ÜDM) 2020-2050-ci illər aralığında 15 dəfə artırılmasına dair proqnoza yönəldərək, ölkənin bu məqsədə nail olması üçün heç bir iqtisadi əsasın olmadığını diqqətə çatdırıblar.

O baxımdan, sənəddəki digər müddəalara aid proqnozların da beynəlxalq təşkilatların hesablamaları ilə kəskin ziddiyyət təşkil etdiyi, bu üzdən, hökumətin irəli sürdüyü “inkişaf konsepsiyası”nın sadəcə, yaxın perspektivdə siyasi xal qazanmağa hədəflənmiş populist addım olduğu əminliklə bildirilir. Paşinyanın bu “yol xəritəsi”ni konkret rəqəmlər üzrə təftiş edən mütəxəssislər sənədin utopik mahiyyətini müqayisəli nümunələrlə ortaya qoyublar. Məsələn, “inkişaf konsepsiyası”nda 2024-cü ildə Ermənistanda ÜDM-nin 22 milyard dollara, adambaşına düşən gəlirin isə 6,6 min dollara çatdırılması proqnozlaşdırılıb. Lakin Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına əsasən, Ermənistanda 2024-cü ildə ÜDM 17 milyard dollar, adambaşına düşən gəlir isə 5,7 min dollar təşkil edəcək. Ermənistan hökumətinin qarşıdakı 30 ildə idxal və ixracın həcmində müsbət saldoya nail olmaq proqnozu da reallıqdan uzaq arzu hesab olunmaqdadır. Çünki BVF Paşinyanın bu xəyalını da çilikləyərək, Ermənistanda mənfi saldonun uzun müddət dəyişməz qalacağını proqnozlaşdırıb.

Təbii ki, bu tendensiyanın hələ uzun müddət davam etməsi fonunda Ermənistandan valyuta axınının güclənməsi səbəbindən sosial-iqtisadi sahədə müsəbt dəyişikliklərin əldə olunması imkan xaricindədir. Eyni zamanda, qarşıdakı 30 ildə təbii ehtiyatlardan asılılığın azaldılması planının da baş tutması mümkünsüz görünür. Bu da səbəbsiz deyil. 2018-ci ildə Ermənistanın ixrac potensialının əsasını dağ-mədən sənayesinin xammal və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edib. Bu isə ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə əsaslandığını təsdiqləyir. Həmin tendensiya uzun müddətdir ki, davam edir və 2016-2018-ci illər ərzində də vurğulanan məhsulların ümumi ixracda payı 50 %-dan çox olub. Ermənistan hökumətinin açıqladığı hədəflər içərisində turizm sektorunun inkişafına diqqət ayrılması da qeyd edilib. Bunun üçün ölkədə bir sıra idman yarışlarının keçirilməsi və turizm sektoruna investisiya yatırılması ilə 2050-ci ildə ölkəyə 15 milyon turistin gəlməsi proqnozlaşdırılır. Lakin Ermənstanın İqtisadiyyat və Qiymətləndirmələr Araşdırma Mərkəzi-nin təhlilinə əsasən, xarici turist qismində ölkəyə səfər edən qonaqların 62 %-i dünyanın müxtəlif ölkələrində yaşayan etnik ermənilərdir. Bu tendensiyanın davamlı olma ehtimalı və ölkənin Cənubi Qafqaz regionunda qonşularına nisbətən cazibəsinin xeyli aşağı olması, qarşıya qoyulan məqsədlərin gerçəkləşməsini mümkünsüz edir. Araşdırma mərkəzinin hazırladığı hesabata əsasən demək olar ki, hökumət digər məsələlərdə olduğu kimi, turizm sektorunda da ən yüksək proqnoza köklənərək, real vəziyyəti nəzərə almaq istəmir. Paşinyan iqtidarı ölkənin düşdüyü acınacaqlı duruma görə keçmiş rəhbərliyi suçlasa da, Ermənistanın yerl

COP29