Paşinyanla Blinken İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinkenlə İrəvan və Bakı arasındakı sülh prosesini müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyanla Entoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələlər, o cümlədən Ermənistan – ABŞ ikitərəfli gündəliyi müzakirə edilib./Report/

COP29