“Patı” çəkən qadın və yanındakı körpəsi ilə bağlı AÇIQLAMA – FOTO

Sosial şəbəkələrdə metronun “Nizami” stansiyasının yaxınlığında “patı” çəkən qadın və onun yanında körpəsi olduğu iddia edilən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Məbuat xidmətindən Yenicag.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmalara aparılıb.

“Məlum olub ki, həmin qadının yanındakı uşaq yox, gəlincikdir”, – DİN-dən bildirilib.