!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Patı" DƏHŞƏTİ - "Bu maddələri "prob" etmək də təhlükəlidir"

!Reklam – Yazi

“”Patı”dan asılılıq zamanı orqanizm az müddət ərzində tükənir, sürətli qocalma və ölüm baş verir”.

Yenicag.az xəbər verir ki, bunu əsl adı metanfetamin olan “Patı”nın fəsadlarına münasibət bildirən həkim-nevroloq Qalib Əsədov deyib.

Həkimin sözlərinə görə, İkinci Dünya müharibəsi illərində ABŞ və Almaniya ordusu Amfetamini yorğunluğun aradan qaldırılması üçün əsgərlərinə bu maddəni şokolada qatıb verirdi:

“Amfetamin 1887-ci ildə Almaniyada rumıniyalı kimyaçı Lazar Edeleanu tərəfindən fenilizopropilamin adı verilərək sintez edildi. Əvvəl belə hesab edirdilər ki, Noradrenalin və Adrenalin kimi təsir göstərir. Sonra vəziyyətin əslində daha mürəkkəb olduğu aydınlaşdı. Dərmanı qəbul edən adamlarda əvvəlcə qüvvə əmələ gəlir, yemək istəmir, əksinə bütün günü hərəkət etmək istəyir, müsbət emosiya yaranır, özünü olduqca xoşbəxt hiss edir. İlk vaxtlar Amfetamindən arıqlamaq, burun tutulması və depressiyasını müalicəsi məqsədilə istifadə edilmişdi. Bu mənada Amfetamin ideal idi, iştah yoxdur, hərəkət çoxdur, insan da özünü xoşbəxt hiss edir. Amma təəsüf ki, hər şey bu qədər ideal alınmadı. Çünki bir neçə dəfə qəbuldan sonra insan bu maddədən asılı vəziyyətə düşürdü. XX əsrin ortalarında Amfetamindən təkcə yorğunluğu aradan qaldırmaq üçün psixostimulyator kimi istifadə etməyə başladılar. İkinci Dünya müharibəsi illərində ABŞ və Almaniya ordusu Amfetamini yorğunluq yaranmasın deyə öz əsgərlərinə şokolada qatıb verirdi. İkinci Dünya müharibəsindən sonra isə Amfetamini idmançılar qəbul etməyə başladı. İş o yerə çatdı ki, uzun məsafələrə qaçış zamanı yorğunluq hiss etməyən idmançılar elə yarışdaca ölürdü. Bundan sonra Amfetamin narkotik adlandırılaraq, qadağan olundu”.

Qadağadan sonra Amfetamin əyləncə məkanlarında geniş yayıldığını bildirən Qalib Əsədov qeyd edib ki, bu tendensiya hələ də yaşamaqdadır:

“”Patı” sözü ingilis dilində “Party” sözündən götürülüb. Bu preparatı qəbul edənlər səhərə qədər yorulmaq bilmədən rəqs edirlər. Amfetamin bu gün gizli laboratoriyalarda qeyri-qanuni sintez olunur və qara bazarda satılır. Beləliklə, Amfetaminin zəngin və mürəkkəb həyat yolu: Əvvəlcə “Benzedrin” adıyla zökəm əleyhinə preparat kimi istehsal olunub. 1935-ci ildə psixostimulyator kimi qəbul edilib. ABŞ ordusunda istifadə olunub. 50-ci illərdə Yaponiyada Amfetamin “epidemiyası” başlayıb. 60-cı illərdən Avropaya keçib. Amfetamin bazası əsasında bir sıra başqa psixostimulyatorlar da sintez olunur. Metamfetamin müddəti 8-12 saat olmaqla daha güclü təsir göstərir. Amfetaminlə LSD-nin hibridi nəticəsində Ekstazi adlanan preparat hazırlandı. Bu, enerji və hərəkətlə yanaşı, həm də ətraf aləmin təhrif olunmuş şəkildə qavranılmasına səbəb olurdu. Tərkibi metilendioksimetamfetamin (qısaca «MDMA») kimyəvi birləşmələrdən ibarət olan bu həblər ilk dəfə 1912-ci ildə Merk əczaçı şirkətində istehsal olunub. 1953-cü ildə ABŞ-da psixoloji hərbi eksperimentlər zamanı stressi aradan qaldıran dərman kimi istifadə edilirdi. 70-ci illərdə isə MDMA diskotekalarda satılmağa başladı. 80-cı illərdə isə artıq MDMA “Xoşbəxtliyin kimyəvi həlli” adı altında reklam olunurdu. 1984-cü ildən isə MDMA müasir narkotik hesab olunduğu üçün yasaqlandı və “Ekstazi” ticarət markası altında satılmağa başladı. 1985-ci ildən isə sağlamlığa ciddi ziyan vurduğu və insanı asılı vəziyyətə saldığı üçün tamamilə qadağan olundu”.

İdmanda Amfetaminin istifadəsi hazırda dopinq kimi qəbul olunur və qadağandır:

“Velosipedçi, 1965-ci ildə Britaniyanın ən yaxşı idmançısı titulunu qazanmış, 1956-ci il Olimpiya idman oyunlarının bürünc mükafatçısı Tomas Simpson 1967-ci ildə Amfetamin qəbul etmiş və uzun distansiyaya velosiped sürmə yarışında həyatını itirib. Bu maddələrdən asılılıq zamanı orqanizm az müddət ərzində tükənir və sürətli qocalma və ölüm baş verir. Beyində geridönməz proseslər yaranır. İnsan artıq əvvəlki mənliyini, şəxsiyyətini, ləyaqətini itirir. Müalicə isə demək olar ki, çox az hallarda effekt verir. Ona görə də bu maddələri hətta “prob” etmək belə təhlükəlidir. Çünki bir dəfə dadına baxdıqdan sonra beyin elə formatlanır ki, sən o sən deyilsən. Ona görə də valideynlər övladlarına nəzarət etməlidir ki, onları narkobaronların maddi mənafeyinə qurban verməsinlər”.

Gülşən Şərif

www.yenicag.az

724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv