!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pati"ni ölkəyə gətirənlər kimlərdir? - "Narkomaniya Azərbaycan gəncliyinə qarşı terrordur" - DADP sədri

!Reklam – Yazi

“Narkotik maddələrin qanunsuz dövriyyəsinə rəhbərlik edənlər aşkar edilərək zərərsizləşdirilməli və onlar ən ağır cəzaya məhkum olunmalıdırlar”.

Bunu son günlər ölkənin gündəmini zəbt edən narkomaniyanın, xüsusən də “Patı” adlanan sintetik narkotik vasitəsinin qadınlar və gənclər arasında yayılmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu fəlakət mənbəyini ölkəmizdə bəzi qüvvələr qəsdən geniş şəkildə yaymağa çalışırlar. Sözügedən narkotiklərin istehsal edilməsində və üçüncü ölkələr üzərindən Azərbaycana tədarük edilməsində Ermənistanın da adı keçir:

“Belə ki, işğalçı Ermənistanın əvvəllər Azərbaycanın işğal edilmiş Zəngilan rayonunda, indi isə Xankəndində metamfetamin həblər və digər bu kimi zərərli narkotik tərkibli maddələr istehsal etməsi faktı üzə çıxıb. Düşmən ölkə tərəfindən istehsal olunan bu öldürücü maddələrin İran, Gürcüstan, Rusiya üzərindən qaçaqmalçılıq yolu ilə Azərbaycana ötürüldüyü bildirilir. Məqsəd isə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın etmiş Azərbaycanın igid oğullarını, övladlarını, bütövlükdə Azərbaycan cəmiyyətini bu yolla zəiflətmək və sıradan çıxarmaqdır. Bu, çox xain plandır və etiraf edək ki, düşmənlərimiz artıq bu məqsədlərinə müəyyən dərəcədə nail olmaqdadır. Təəssüf ki, bu gün gənclərimiz arasında zərərli və zəhərli psixotrop maddələrdən asılılıq az qala ildırım surəti ilə yayılmaqdadır. Bu, birbaşa bizim gələcəyimizə yönələn terrordur. Ona görə də cəmiyyət olaraq hamımız əl-ələ verib total şəkildə mübarizə aparmalıyıq”.

Əlisahib Hüseynov qeyd edib ki, narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil:

“Bu mübarizədə yer almaq və fəal surətdə iştirak etmək əslində hər birimizin vətəndaşlıq məsuliyyəti, insanlıq borcudur. Çünki dəhşətli bəla sabah öz yaxınlarımızı, doğmalarımızı, dostlarımızı da təhdid hədəfinə çevirə bilər. Odur ki, bu işdə hər bir vətəndaşımız hüquq-mühafizə orqanlarına yaxından kömək etməli, bu bəlanı birlikdə dəf etməyə yardımçı olmalıdırlar. İmkan vermək olmaz ki, kimlərsə öz şəxsi maraq və mənafeləri üçün bütövlükdə Azərbaycan gəncliyini zəhərləsin, onu məhv etsinlər. İnsanlarımızın narkotiklərdən asılılığının qarşısının alınması üçün maarifləndirmə işlərini maksimum dərəcədə genişləndirməliyik”.

Gülşən Şərif

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv