“Telegram”ın baş direktoru Pavel Durov 5 milyon avro girov ödəmək və Fransanı tərk etməmək şərti ilə nəzarət altında azad edilib.
Yenicag.az xəbər verir ki, Durovun barəsində açılan istintaq çərçivəsində imzasını həftədə iki dəfə Fransa polisinə təqdim edəcəyi açıqlanıb.
Xatırladaq ki, Durov avqustun 24-də Parisdə narkotik alveri, uşaqlara qarşı cinsi istismar materiallarının satışı və mesajlaşma platformasında fırıldaqçılıqla bağlı 12 cinayətlə bağlı başladılan istintaq çərçivəsində saxlanılmışdı.
Nəsimi Ələsgərli