“Payızda Rusiya-Ukrayna müharibəsinin taleyi DƏYİŞƏCƏK”: Nələr BAŞ VERƏCƏK? – Polkovnikdən PROQNOZ

“Payız aylarında Ukrayna Silahlı Qüvvələri bir sıra problemlərlə üzləşəcək, çünki Qərb dövlətləri tərəfindən Kiyevə verilən texnika yerli iqlimə uyğun deyil”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin gələcək taleyi haqda proqnozlarını səsləndirən Rusiya Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Yuri Knutov deyib.

O, bildirib ki, payız aylarında Ukrayna Silahlı Qüvvələri bir sıra problemlərlə üzləşəcək, çünki Qərb dövlətləri tərəfindən Kiyevə verilən texnika yerli iqlimə uyğun deyil:

“NATO-nun texnikası çox şıltaqdır. Həmin texnikalar Ukrayna iqlimi ilə uyğun deyil. Palçıqlı yerlərdə həmin texnikaların hərəkəti çətinləşəcək. Bu hallar döyüşlərin əsasən artilleriya atəşi və kiçik hücumlarla nəticələnməsinə səbəb olacaq.

Ukrayna və dəstəkçisi Qərb torpaq donmamışdan əvvəl şəxsi heyətin, hərbi texnikanın artırılmasına, qoşunların hazırlanmasına və sursatların yığılmasına diqqət yetirəcəklər. Bu gün Ukrayna müdafiəni yarmaq üçün yağışlı mövsümdən əvvəl heç olmasa hansısa ərazidə öz qoşunlarının ən sərfəli mövqeyinə nail olmağa çalışır”.

Nəsimi Ələsgərli