Payızın eyvana dəyir qədəmi,
Nəmli məhəcərdən əlim surüşür,
Dibçəkdə soluxan qızıl gül kimi
Yollara baxdığım yadıma düşür…
Gözəl bir payız səhərində yenə şairlə oxucular üz-üzə gəldi. Səmimi söhbətlərdən incə ruhlar sevindi, şeirlə musiqi qol-boyun oldu…
Yenicag.az xəbər verir ki, Xalq şairi Vahid Əzizlə oxucuların daha bir görüşü baş tutub.
Mədəniyyət Nazirliyi Abşeron- Xızı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Sumqayıtda baş tutan görüşdə sevilən qəlb və ruh şairi şeirləri ilə ürəkləri ovsunlayıb, xatirələrini ipə-sapa düzüb, yeni qələmə aldığı şeirlərini oxuyub, oxucuların suallarını cavalandırıb.
Görüş “Onlar bir incidir” layihəsi çərçivəsində reallaşıb. Görüşdə şairin poeziyasının vurğunları ilə yanaşı, Milli Məclisin deputatları da iştirak ediblər.
Cəvahir