Paytaxt metrosunda partlayış – Yaralılar var

Bu gün İsveçin paytaxtı Stokholmda metro stansiyasında partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 2 nəfər yaralanıb. Onlardan biri 60 yaşlı kişi, digəri isə onun 45 yaşlı xanımıdır. Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Kişinin vəziyyəti daha ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.