Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Paytaxt salatı”-ndan 77 nəfər zəhərləndi – Bakıda

38436Səhiyyə Nazirliyi Binəqədi rayonu “Zəngəzur” şadlıq evində baş vermiş zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

“Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir”.

Məlumatda qeyd edilib ki, xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

“Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur. Hadisənin araşdırılması davam edir”.

www.yenicag.az

81