Bu ilin yanvar-sentyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2% artıb.
Bu barədə Yenicag.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Hesabat dövründə o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,5%, qeyri-ərzaq məhsullarının qiymətləri isə 0,1% artıb.
Əhaliyə göstərilən xidmətlərin qiymətləri eyni səviyyədə qalıb.