Paytaxtda 16 yaşlı qız öldü

Bakıda gənc qız ölüb.

Yenicag.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır./Report/