2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.
Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
Yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.
Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcu olan küçərlərin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.