Paytaxtda 31 yaşlı qadın tanışı tərəfindən zorlanıb

Bakıda zorlama hadisəsi baş verib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Abşeron rayonu, Məhəmmədi qəsəbə sakini, 1988-ci il təvəllüdlü V. Fətəliyeva polisə ərizə ilə müraciət edərək bildirib ki, tanışı Hasil adlı şəxs Sabunçu rayonu, E.Saratov küçəsi ev 36-ya apararaq orada onunla zorla cinsi əlaqədə olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.