!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda 8 mart izdihamı-Foto

!Reklam – Yazi

854378 mart beynəlxalq qadınlar bayramında paytaxt yollarında ən çox nəzərə çarpan gül satanlardır.

Müşahidələrimiz zamanı gördük ki, məktəblidən tutmuş, yaşlıyadək hər kəsin başı hədiyyə seçiminə qarışıb. Bir sözlə mağazalarda sözün əsl mənasında izdiham yaşanır. Universitet tələbələri, idarə işçiləri kollektivlərindəki xanımları təbrik etmək üçün güllər alırlar.

Qeyd edək ki, bu gün mağazalarda ən ucuz gül buketi 30 manat, ən bahalısının qiyməti isə 200-400 manat arasında dəyişir. Bayram olduğundan gül mağazalarında əvvəlki günlərlə müqayisədə qiymət artımı da gözdən yayınmır. Qızılgülün bir ədədinin qiyməti 4-5-6, zanbaq 3-4, çobanyastığı 2-3, liliya gülünün bir ədədi isə 3-7 manat arasında dəyişir. Orta ölçülü buket bağlamaq üçün 40-80 manat, böyük ölçülü buketlərin hazırlanması isə 80 manatdan başlayır.

Ətirlərin qiyməti də markasına və ölçülərinə görə dəyişir. Tanınmış markalardan olan ətirlərin ən ucuzu 20 manatdan başlayır. Alıcılar ciblərinə uyğun olaraq 30, 40, 50 manat və daha baha qiymətə ətirlər ala bilərlər.

(anspress.com)

 

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv