Paytaxtda avtomobil iki nəfəri vurdu

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Müslim Vaqif oğlu və 1956-ci il təvəllüdlü Ümidov Əsəd Bəkir oğlunu minik avtomobili vurub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Ərazi üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

COP29